“Barselona” Puyolun əvəzinə “Çelsi”nin oyunçusunu aldı
11.05.2014 - 13:40
“Barselona” Puyolun əvəzinə “Çelsi”nin oyunçusunu aldı

“Barselona” futbol klubu mövsümün sonunda komandanı tərk edəcək Karles Puyola əvəz tapıb. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu “Çelsi”nin müdafiəçisi David Luisi alır.

 

Braziliyalı futbolçunun müqaviləsi barədə dünya çempionatından sonra elan ediləcək. Bu barədə futbolçuya yaxın mənbələr xəbər verib. Hələlik müqavilənin təfərrüatı açıqlanmır. Bundan əvvəl İspaniya mətbuatı David Luisin qiymətinin 35 milyon avro olduğunu bildirirdi. Kataloniyalılar isə ona əvvəlcə 10 milyon avro təklif ediblər.

 

Digər məlumatlara görə, Luis özü də “Çelsi”dən getmək istəyir. Çünki onun baş məşqçi Joje Mourinyo ilə sözü düz gəlmir.

 

Luis “Çelsi”də 2011-ci ildən çıxış edir. O, London klubu ilə bir yerdə Çempionlar Liqasının və Avropa Liqasının qalibi olub.