“Barselona” üçün oyununa dəyişiklik etmək problem deyil
26.08.2014 - 06:43
“Barselona” üçün oyununa dəyişiklik etmək problem deyil

 

“Barselona”nın baş məşqçisi Luis Enrike lazım gəlsə komandanın oyununda taktiki dəyişikliklərə gedə biləcəyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, o, bununla bağlı “Elçe” ilə görüşdən sonra bəyanat verib.

 

Enrike qeyd edib ki, lazım gəlsə düşünmədən oyuna dəyişiklik edə bilər: “Bizim oyun fəlsəfəmizin topu rəqibin qapısı yaxınlığında saxlamaq, öz qapımızdan uzaqlaşmaq və rəqibin qapısına qol vurmaq imkanı axtarmaq olduğu aydındır. Amma biz heç bir problem olmadan dəyişikliklərə də əl ata bilərik”.