FİFA İspaniyanın “Barselona” futbol klubuna yaxın iki transfer kampaniyası müddətində yeni oyunçular almağı qadağan edib. Apasport.az saytının məlumatına görə, təşkilatın rəsmi saytında qadağanın 2015-ci il yay transfer müddətinə kimi davam edəcəyi bildirilir.
Qadağa 2014-cü ilin yay və 2015-ci ilin qış transfer dövrünü əhatə edəcək. “Barselona” futbolçuların keçidi və 18 yaşlı oyunçuların qeydiyyatı zamanı yol verdiyi qayda pozuntularına görə cəzalandırılıb.
Hələlik Kataloniya klubunun hansı oyunçuların keçidi zamanı qayda pozuntusuna yol verildiyi bildirilmir. Gənc futbolçuların qeyri-düzgün qeydiyyatı hallarına isə 2009-2013-cü illər arasında yol verilib. Yeni oyunçuların qeydiyyatına qadağa qoyulmasından əlavə, klub 450 İsveçrə markası (təxminən 370 min avro) məbləğində cərimə edilib. “Barselona”ya gənc futbolçuların qeydiyyatı ilə bağlı sənədləri FİFA qaydalarına uyğunlaşdırmaq üçün 90 gün vaxt verilib.
FİFA yayda pozuntularına görə İspaniya Futbol Federasiyasını da 500 min İsveçrə frankı (təxminən 400 min avro) məbləğində cərimə edib. İFF-yə bu problemləri yoluna qoymaq üçün 1 il vaxt verilib.
Xatırladaq ki, İspaniya məhkəməsi bu ilin əvvəlində braziliyalı hücumçu Neymarın “Barselona”ya keçidi ilə bağlı araşdırmaya başlayıb. Komandanın keçmiş prezidenti Sandro Rossel bəyan edib ki, Neymarın keçmiş klubu “Santos”a 57,1 milyon avro ödənilib. İspaniya KİV-i isə bu məbləğin 95 milyon olduğunu yazıb. Bu qalmaqala görə Rassel “Barselona”nın prezidenti postunu tərk edib.