“Barselona”da Neymar sevinci
04.02.2014 - 20:33
“Barselona”da Neymar sevinci

Zədə səbəbindən komandasına kömək edə bilməyən “Barselona”nın ulduz futbolçusu Neymarın vəziyyəti yaxşılaşır. Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu bu gün komandadan ayrı da olsa məşqlərə başlayıb.

 

“Xetafe” ilə matçda zədələnən braziliyalının İspaniya La Liqasındakı “Sevilya” matçında meydana çıxması gözlənilir.

 

Qeyd edək ki, Braziliya millisinin də üzvü olan Neymar ötən il ölkəsinin  “Santos” klubundan Kataloniya təmsilçisinə transfer olunub.