“Barselona”da Neymar sevinci
14.02.2014 - 23:35
Zədə səbəbindən komandasına kömək edə bilməyən “Barselona”nın ulduz futbolçusu Neymarın vəziyyəti yaxşılaşıb. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.
İspaniya kuboku çərçivəsində keçirilən “Xetafe” ilə matçda xəsarət alan 21 yaşlı hücumçu artıq sağalıb. Onun növbəti turdakı “Rayo Valyekano” ilə oyunda meydana çıxacağı deyilir.
Qeyd edək ki, Braziliya millisinin də üzvü olan Neymar ötən il ölkəsinin “Santos” klubundan Kataloniya təmsilçisinə keçib.
0
0