“Barselona”da Pike və Buskets problemi
20.02.2016 - 10:17
“Barselona”da Pike və Buskets problemi

İspaniya çempionatının XXV turu çərçivəsində bu gün “Las-Palmas”ın qonağı olacaq “Barselona” oyuna itkilərlə çıxacaq. Apasport.az saytı xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

 

Zədə ilə əlaqədar, Xerard Pike və Adriano Korrea kimi təcrübəli, həmçinin Xordi Masip, Duqlas və Rafinya Alkantara kimi gənc futbolçuların adları matçın iştirak ərizəsinə daxil edilməyib. Lakin “Barsa”nın heyətlə bağlı problemi bununla bitmir.

 

Serxio Buskets də “Las-Palmas”la qarşılaşmada komandasına kömək edə bilməyəcək. Buna səbəb 28 yaşlı yarımmüdafiəçinin cəzalı olmasıdı.

 

Qeyd edək ki, “Las-Palmas” – “Barselona” oyunu Bakı vaxtı ilə 19:00-da start götürəcək.