“Barselona”da şad xəbər: Afellay qayıdır
25.01.2014 - 06:12
“Barselona”da şad xəbər: Afellay qayıdır

Xeyli vaxtdır ki yaşıl meydanlardan uzaq qalan “Barselona”nın futbolçusu İbrahim Afellay, nəhayət ki, qayıdır. Apasport.az-ın xəbərinə görə bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Belə ki, budundan zədələnən və ötən ilin avqustunda əməliyyat olunan 27 yaşlı yarımmüdafiəçi tam olaraq sağalıbdır.

 

Qeyd edək ki, Mərakeş əsilli hollandiyalı futbolçu 2010-cu ildə ölkəsinin PSV klubundan İspaniya təmsilçisinə keçib. O, son olaraq 2012-ci ildə Almaniya “Şalke”sində icarədə  (2012-21013) olarkən rəsmi matça çıxıb.