İspaniya mətbuatı Türkiyə yığmasının futbolçusu Arda Turanı tərifləyib. Apasport.az saytının məlumatına görə, La Liqa çərçivəsində dünən keçirilən “Barselona” – “Atletiko” matçından sonra kataloniyalılar 28 yaşlı yarımmüdafiəçinin çıxışına heyran qalıblar.
“Barselona” rəhbərliyi bu cür davam edəcəyi halda, gələn ilin yanvarında Ardanı transfer etməyə çalışacaq. İspan mətbuatına danışan “Barsa”nın braziliyalı futbolçusu Neymar da Ardanı tərifləyərək, onun haqda müsbət fikirlər səsləndirib.
Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan Arda 2011-ci ildən “Atletiko”nun formasını geyinir.