“Barselona”dan yubiley qələbəsi
09.02.2015 - 11:05
“Barselona”dan yubiley qələbəsi

İspaniya La Liqasının XXII turunda “Atletik”lə qarşılaşma “Barselona” üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu Bilbaoda yubiley qələbəsini qazanıb.

 

“Barsa” bununla İspaniya La Liqası tarixində 500-cü səfər qələbəsini rəsmiləşdirib. Bu baxımdan onlar yalnız “Real”dan (552) geri qalırlar.

 

Maraqlıdı ki, İspaniyada yalnız bu iki komandanın səfər qələbəsinin sayı məğlubiyyət sayından çoxdu.

 

Qeyd edək ki, “Atletik” üzərində 5:2 hesablı qələbə qazanan “Barselona” lider “Real”la aradakı xal fərqini 1-ə endirib.