“Barselona”nın futbolçusuna İngiltərədən təklif
22.01.2015 - 17:39
“Barselona”nın futbolçusuna İngiltərədən təklif

“Barselona”nın və İspaniya yığmasının futbolçusu Pedro Rodriges karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumaeyilli yarımmüdafiəçi ilə “Arsenal” yaxından maraqlanır.

 

London klubunun baş məşqçisi Arsen Venger rəhbərliklə söhbətində Pedronu komandasında görmək istədiyini bildirib. Dərhal qarşı tərəfə rəsmi təkliflə müraciət edən “topçular” ispan futbolçunu nəyin bahasına olursa-olsun, almaq istəyirlər. Luis Suaresin gəlişindən sonra əsas heyətdəki daimi yerini itirən Rodrigesin bu təklifi müsbət cavablandıracağı gözlənilir.

 

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Pedro Kataloniya klubunun əsas komandasında 295 oyunda 95 qol vurub.