AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Norveç yığmasının gənc ulduzu Martin Edeqor karyerasını İspaniya La Liqasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 16 yaşını 1 həftə öncə qeyd edən istedad “Barselona”nın maraq dairəsinə düşüb.
Kataloniya təmsilçisi skandinaviyalıya rəsmi təklif də göndərib. Madrid “Real”ı və “Mançester Yunayted”in də heyətində görmək istədiyi Edeqor hələ təkliflə bağlı qərarını verməyib.
Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsində Norveç – Bolqarıstan (2:1) görüşün 2-ci hissəsində meydana daxil olan Edeqor qitə çempionatları tarixində ən gənc oyunçu ünvanını qazanıb. 64-cü dəqiqədə komanda yoldaşını əvəzləyən skandinaviyalı 15 yaş 297 günlüyündə buna nail olub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı