“Barselona”nın keçmiş məşqçisi “Malaqa”dan imtina etdi
23.05.2014 - 22:45
“Barselona”nın keçmiş məşqçisi “Malaqa”dan imtina etdi

 

“Barselona”nın keçmiş baş məşqçisi Herardo Martino “Malaqa”ya başçılıq etmək təklifini rədd edib. Apasport.az saytının məlumatına görə, “Malaqa” argentinalı mütəxəssislə aktiv danışıqlar aparsa da, istənilən nəticə əldə edə bilməyib.

 

Bundan əvvəl Paraqvay millisinin Maritnonun xidmətində maraqlı olduğu barədə xəbər yayılıb. Amma paraqvaylılar hələlik ona konkret təklif irəli sürməyə tələsmirlər.

 

Xatırladaq ki, Herardo Martino uğursuz mövsümdən sonra mayın 17-də “Barselona”nın baş məşqçisi postunu tərk edib. Müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında pozulub.