İspaniya çempionatının 2013/2014-cü illərin yekununa uyğun olaraq simvolik yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmaya “Barselona”nın heç bir oyunçusu salınmayıb.
Simvolik heyətə hətta Messinin də adı düşməyib. Siyahıya ölkə çempionu “Atletiko Madrid”in 7 oyunçusunun adı salınıb. Amma Arda Turan onların arasında deyil.
İspaniya çempionatının simvolik yığması:
Qapıçı: Tibo Kurtua (“Atletiko Madrid”);
Müdafiəçilər: Filippe Luis, Xuanfran, Dieqo Qodin (hamısı “Atletiko Madrid”), Emerik Laport (“Atletik”);
Yarımmüdafiəçilər: Qabi, Koke (hər ikisi “Atletiko Madrid”), Ander İturraspe (“Atletik”), İvan Rakitiç (“Sevilya”);
Hücumçular: Kriştiano Ronaldo (“Real Madrid”), Dieqo Kosta (“Atletiko Madrid”).