“Barselona”nın prezidenti Arda Turandan danışdı
30.05.2014 - 12:20
“Barselona” rəhbərliyi Arda Turanın transferi barədə yayılan xəbərlərə münasibət bildirib. Apasport.az xəbər verir ki, katalon təmsilçisinin prezidenti Xosep Mariya Bartameu türkiyəli futbolçu üçün “Atletiko”ya müracitə etmədiklərini söyləyib: “O, çox yaxşı futbolçudur. Bu mövsüm göstərdiyi oyunla bunu sübut etdi. “Atletiko”nun onun asanlıqla əldən buraxacağını düşünmürəm. Həmçinin, bizim transfer siyahımızda onun adı yoxdur. Qarşı tərəfə də Arda Turanı almaq üçün müraciət etməmişik”.
0
0