“Barselona”nın qapıçısı Klaudio Bravo yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Çili millisinin üzvü İspaniya La Liqasında “quru oyunlar” seriyasını davam etdirir.
Belə ki, Kataloniya klubunda 7 oyundu dalbadal meydana çıxan və qapısını toxunulmaz saxlayan Bravo “Barsa”nın sabiq qolkiperi Pedro Marie Artoleyə aid olan rekordu qırıb. 1977/78 mövssümündə o, ölkə çempionatının 7 qarşılaşmasının 20-ci dəqiqəsində qol buraxıb.
Çilili qapıçı isə İspaniya La Liqasının VI turunda “Rayo Valyekano” ilə oyunun 21-ci dəqiqəsində yeni rekordu müəyyənləşdirib.
Qeyd edək ki, “Barselona” səfərdə “Rayo Valyekano”nu 35-ci dəqiqədə Lionel Messinin və 1 dəqiqə sonra Neymarın vurduğu qolları sayəsində qələbəyə sevinib – 2:0. Bu qalibiyyətdən sonra kataloniyalılar 19 xalla liderliyini davam etdirir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı