“Barselona”nın sabiq futbolçusu Bakıya gəlir
04.12.2014 - 00:02
“Barselona”nın sabiq futbolçusu Bakıya gəlir

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “İnter”in baş məşqçisi Roberto Mançininin köməkçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Arsenal”, “Barselona” və “Mançester Siti”nin sabiq futbolçusu Silvinyo bundan sonra Milan klubunda işləyəcək.

 

Vaxtı ilə ampulaca müdafiəçi olmuş 50 yaşlı braziliyalı mütəxəssis Mançininin köməkçisi kimi Bakıya gələcək.   

 

Qeyd edək ki, “Qarabağ” – “İnter” matçı dekabrın 11-də baş tutacaq. Qarşılaşma saat 22:00-da başlayacaq.