“Barselona”nın sabiq prezidenti: Rossel dürüst və səmimi insan deyil
24.01.2014 - 01:44
“Barselona”nın sabiq prezidenti: Rossel dürüst və səmimi insan deyil

“Barselona”nın prezidenti Sandro Rosselin istefasından sonra klubun sabiq rəhbəri Xoan Laporta iddialı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan Laporta Rosselin dürüst və səmimi insan olmadığını deyib.

 

O, gələcək prezident seçkilərində namizəd olacağını da bildirib: “Sandro Rossel inkişafını tamamlamamış və əsəbi bir insandır. O, dürüst və səmimi insan deyil. Seçkilərdə mən də namizəd olacağam”.

 

Qeyd edək ki, “Barselona” rəhbərliyi braziliyalı futbolçu Neymarı 57 milyon avroya transfer etdiyini açıqlasa da, əslində bu keçidin 95 milyon avroya başa gəldiyi bildirilir. 2010-cu ildən Kataloniya klubunda rəhbərlik edən Rossel isə bu ittihamları rədd etsə də, qalmaqalın kluba zərər verməməsi üçün istefa verib.