“Barselona”nın yeni baş məşqçisi xəstəxanaya düşdü
09.06.2014 - 19:16
“Barselona”nın yeni baş məşqçisi xəstəxanaya düşdü

“Barselona” futbol klubunun baş məşqçisi Luis Enrike təcili şəkildə “Mutua de Terrassa” xəstəxanasına aparılıb. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssisdə kor bağırsağının kəskin iltihabı aşkar edilib. 44 yaşlı Enrikenin əməliyyat olunduğu bildirilir.

 

Buna qədər “Selta”da işləyən Enrike mayın 20-də “Barselona” ilə 2 illik müqavilə imzalayıb. O, bu postda müqaviləsi qarşılıqlı anlaşma yolu ilə pozulan argentinalı məşqçi Herardo Martinonu əvəz edib. Enrike 1994-cü ildən karyerasının sonuna – 2004-cü ilə qədər “Barsa”nın formasını geyinib. 2002-2004-cü illərdə isə komandanın kapitanı sarğısını taxıb.

 

Luis Enrike 8 il ərzində 300 oyun keçirib və 109 qol vurub.

 

 

 

 

0