[b]“Barselona"nın prezidenti: Klubumuzun təmiz adına kölgə salındı[/b]
30.12.2014 - 20:55
[b]“Barselona"nın prezidenti: Klubumuzun təmiz adına kölgə salındı[/b]

“Bizə böyük haqsızlıq edildi. Bu haqsız qərar klubun bütün üzvlərinə və bütovlükdə zərər çəkən futbolçulara, uşaqlara və onların valideynlərinə təsir göstərib”. Apasport.az xəbər verir ki, bu sözləri “Barselona"nın prezidenti Xosep Mariya Bartomeu deyib.

 

Bu gün İdman Arbitraj Məhkəməsi (İAM) İspaniya nəhəngini aşağı yaş qrupuna alınan futbolçuların transferində qanunsuzluğa yol verdiyi üçün 2016-cı ilin yanvarına qədər cəzalandırıb. Londonda baş tutan İAM-ın yekun qərarından sonra Kataloniya təmsilçisinin rəhbərliyi klubun rəsmi saytına sanksiya məruz qalmalarından danışıb.

 

O, verilən qərarı tənqid edib: “Futbol dünyasını müdafiə edən İdman Arbitraj Məhkəməsi (İAM) FİFA-nın vermiş olduğu qərarı dəstəklədi. Bunu mən lazımsız hesab edirəm. Bizim klubumuzun təmiz adına kölgə salındı. Ümid edirəm ki, ali futbol qurumu sağlam düşüncəni kifayət qədər göstərəcək və reqlamenti dəyişdirəcək. Bu da heç bir kluba lazım olmayacaq ki, haqsızlıqdan əzab çəksin. Heç nəyə baxmayaraq, mən zəmanət verə bilərəm ki, bu sanksiya “La Masii” idman layihəsini təhlükə altına qoymayacaq”.