“Bavariya” çempionluğu həbsdəki prezidentinə həsr etdi
27.03.2014 - 06:10
“Bavariya” çempionluğu həbsdəki prezidentinə həsr etdi

 

 

“Bavariya” futbol klubunun baş məşqçisi Xosep Qvardiola komandasının əla mövsüm keçirdiyini bildirib. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis xoşbəxt olduğunu söyləyib.

 

Qvardiola klub üçün daha bir titulun vacib olduğunu bəyan edib: “Hamını təbrik edirəm. Bunun ləzzətini çıxartmaq lazımdır. Burada olmaq və belə gözəl futbolçuları məşq elətdirmək imkanı üçün kluba təşəkkür edirəm. Bu çempionluğu klubumuzun həbsdə olan prezidenti Uli Hennesə həsr edirik. O, klubumuzda ən vacib şəxsdir”.

 

 

0