“Bavariya” dünyada liderdi
03.12.2014 - 19:00
“Bavariya” dünyada liderdi

“Bavariya”nın prezidenti Karl Hopfner üzvlərinin sayına görə, dünyada lider olaraq hədəflərindən birinə çatdıqlarını bildirib. Apasport.az-ın məlumatına görə, hazırda Münhen klubunun 251315, ikinci sırada olan "Benfika"nın 235000, "Barselona”nın isə 177246 üzvü var.

 

Bundan başqa, “Bavariya” rəhbərliyi 2013/14 mövsümünün gedişində 528,7 milyon avroluq illik dövriyyə ilə rekord həddə çatdıqlarını da qeyd edib. Əvvəlki ən yüksək rəqəm 432,8 milyona bərabər idi. Vergilər ödənildikdən sonra təmiz gəlir ötən illə müqayisədə 14 milyondan 16,5 milyona yüksəlib.

 

Münhen klubu gəlirlərinin böyük hissəsini bilet satışından (140,8 milyon), sponsor ödəmələrindən (117,7) və kommersiya fəaliyyətindən (105,2 milyon) əldə edib. Transferlərə isə 53,6 milyon xərclənib.

 

Bir neçə gün əvvəl “Bavariya” rəhbərliyi “Allianz Arena” stadionunun inşasına çəkilən xərcləri tam çıxardığını açıqlamışdı. 346 milyon avroluq borc vaxtından təxminən 16 il əvvəl ödənilib.