“Bavariya” futbol klubu 4 azarkeşini 8 min avro cərimə edib. Apasport.az saytının məlumatına görə, həmin azarkeşlər Çempionlar Liqasının “Arsenal”a qarşı ev oyununda Almaniya millisinin türk əsilli futbolçusu Məsut Özilin ünvanına nalayiq banner asıblar.
Münhen klubu həmin bannerə görə UEFA tərəfindən cərimə edilib. UEFA “Bavariya”nın həmin banner asılan tribunasını Çempionlar Liqasının “Mançester Yunayted”ə qarşı oyununda bağlayıb, klub özü isə 10 min avro cərimə edilib.
Azarkeşlərin hər biri 2 min avro cərimə ödəməli və 10 saat ictimai işlərlə məşğul olmalıdır. Artıq klub nümayəndələri azarkeşlərin birinin atası ilə görüşüb və həmin şəxs komandanın qərarı ilə razılaşıb.