“Bavariya” Moskvaya uçdu
28.09.2014 - 18:54
“Bavariya” Moskvaya uçdu

“Bavariya” bu axşam Rusiya paytaxtına gələcək. Apasport.az saytının məlumatına görə, Münhen klubu Çempionlar Liqasının qrup mərhələsində MOİK-lə qarşılaşamdan öncə Moskvaya uçub.

 

Dünən Almaniya Bundesliqasının VI turunda səfərdə “Köln”I məğlub etdikdən (2:0) sonra “Bavariya” yüngül məşq keçirib. Daha sonra isə Rusiya paytaxtına yola düşüblər.

 

Qeyd edək ki, MOİK – “Bavariya” matçı sentyabrın 30-da baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.