“Bavariya” Navası aldı
11.07.2014 - 19:31
“Bavariya” Navası aldı

“Bavariya” futbol klubu Kosta-Rika yığmasının və “Levante”nin qapıçısı Keylor Navasın alındığını elan edib. Apasport.az saytının məlumatına görə, bu barədə İspaniya klubunun vitse-prezidenti Tomas Peres bildirib: “Keylor Manuel Noyerə çox gözəl rəqib olacaq”.

 

Alman klubu 27 yaşlı futbolçunu 10 milyon avroya alıb. “Levante” ilə bağlanın müqaviləyə əsasən, Navas özü bu məbləğdən 2 milyon avro alacaq.

 

Keylor Navas Braziliyada keçirilən dünya çempionatında Kosta-Rika yığmasının ən yaxşı futbolçularından biri olub. Kosta-Rika 1/4 finala qədər irəliləyib və bu mərhələdə Hollandiya millisinə məğlub olub. O, 5 oyunda komandasını 21 dəfə qoldan xilas edib.