Almaniyanın “Bavariya” futbol klubunun prezidenti Uli Heness 3,5 il müddətinə həbs cəzası alıb. Apasport.az saytının məlumatına görə, o, ümumilikdə 27,2 milyon avro məbləğində vergidən yayınmaqda günahkar bilinib.
İttiham tərəfi klub prezidentinə 5,5 il həbs cəzası kəsilməsini tələb edib. Amma məhkəmə Henessin günahını etiraf etməsini, istintaqla əməkdaşlığını və əvvəllər məhkumluğunun olmamasını nəzərə alaraq, 3,5 il həbs cəzası kəsib.
Heness ötən ilin yanvarında şəxsən hüquq-mühafizə orqanlarına müraciət edərək vergidən yayındığını etiraf edib. Mart ayında onun evində axtarış aparılıb və həbsi ilə bağlı qərar çıxarılıb. Amma Heness milyon avro girov müqabilində azadlıqda qalıb və hətta klub prezidenti postunu qoruyub saxlayıb. İndi isə o, Almaniyanın Ən titullu futbol klubunun prezidenti postunu itirəcək.
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi