“Bavariya” qol “maşın”ını itirdi
24.03.2015 - 11:51
“Bavariya” qol “maşın”ını itirdi

“Bavariya” aparıcı futbolçusu Aryen Robbeni itirib. Apasport.az saytının məlumatına görə, Almaniya Bundesliqasının XXVI turu çərçivəsində Mönhenqladbax “Borussiya”sı ilə görüşdə zədələnən hollandiyalı futbolçunun durumuna aydınlıq gəlib.

 

Qarşılaşmanın 24-cü dəqiqəsində zədələnərək əvəzlənən Robbenin qarın əzələsinin cırıldığı üzə çıxıb. Həkimlər onun təxminən 6 həftə komandadan ayrı qalacağını açıqlayıblar. Bu isə o deməkdi ki, Robben Bundesliqa oyunları ilə yanaşı, Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Porto” ilə hər iki qarşılaşmanı buraxacaq. Onun, ümumiyyətlə, mövsümün qalan hissəsində iştirakı sual altındadı.

 

Qeyd edək ki, “Bavariya” öz meydanında “Borussiya”ya 0:2 hesabı ilə məğlub olmuşdu. Robben isə hazırda 17 qolla Bundesliqanın ən məhsuldar ikinci futbolçusudu.