“Bavariya” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Münhen klubunun yarımmüdafiəçisi Aryen Robben Çempionlar Liqasının 1/8 final mərhələsinin “Şaxtyor”la cavab oyununda zədələnib.
Hazırda davam edən və “Bavariya”nın 2:0 hesabı ilə öndə olduğu matçda Hollandiya millisinin üzvü qarşılaşmanın 19-cu dəqiqəsində zədələnərək, meydanı tərk etmək məcburiyyətində qalıb. Baş məşqçi Xosep Qvardiola Robbeni Sebastyan Rodla əvəzləyib.
Robbenin vəziyyətinə sabah tibbi müayinədən keçdikdən sonra aydınlıq gələcək.
Qeyd edək ki, “Bavariya”nın qollarını 4-cü dəqiqə penaltidən Tomas Müller və yarım saat sonra Jerom Boatenq vurub.
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq