“Bavariya”da Riberi şoku
10.02.2014 - 21:24
“Bavariya”da Riberi şoku

Münhen “Bavariya”sının təcrübəli yarımmüdafiəçisi Frank Riberi Çempionlar Liqasının 1/8 finalındakı “Arsenal”la ilk matçda komandasına kömək edə bilməyəcək. Apasport.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Belə ki, ötən həftə 30 yaşlı futbolçunun baldırında zədə meydana gəlib və əməliyyat olunub. Bu səbəbdən də, o, səfərdə keçiriləcək ilk matçda meydana çıxa bilməyəcək.

 

Qeyd edək ki, “Arsenal” – “Bavariya” qarşılaşması bu ayın 13-də Londonda keçiriləçək.