[b]Şakiri “İnter”ə keçdi [/b]
08.01.2015 - 21:30
[b]Şakiri “İnter”ə keçdi [/b]

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “İnter” heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, “Bavariya”nın yarımmüdafiəçisi Cerdan Şakiri rəsmən Milan təmsilçisinin futbolçusu olub.

 

Klub telekanalı xəbər yayıb ki, “İnter” İsveçrə millisinin üzvünün keçidini həll edib. Tərəflər lazımi sənədləri qaydasına qoyduqdan sonra bu transfer haqqında “İnter” rəhbərliyi rəsmən məlumat verəcək. Sabah 23 yaşlı futbolçu tibbi yoxlamadan keçmək üçün Milana gələcək və daha sonra müqavilə imzalayacaq.