“Bavariya”nın futbolçusu “Mançester Yunayted”də
22.05.2014 - 21:18
“Bavariya”nın futbolçusu “Mançester Yunayted”də

 

“Bavariya” futbol klubunun yarımmüdafiəçisi Toni Kroos karyerasını “Mançester Yunayted”də davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçunun keçidi 20 milyon funta (25 milyon avro) razılaşdırılıb.

 

Kroosun alınması hələ Devid Moyes “Mançester Yunayted”in baş məşqçisi olan zaman planlaşdırılıbmış. İndi isə Lui van Qal futbolçunun alınmasına razılıq verib. Kroos məhz van Qalın “Bavariya”da baş məşqçi olduğu zaman parlayıb. Buna görə də o, yenidən hollandiyalı mütəxəssisin başçılığı altında oynamağa etiraz etməyib.