“Bavariya”nın həbsxanadan çıxan futbolçusu özünə yeni klub tapdı
16.01.2015 - 00:44
“Bavariya”nın həbsxanadan çıxan futbolçusu özünə yeni klub tapdı

“Bavariya”nın sabiq müdafiəçisi Breno özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu karyerasını vətəni Braziliyada davam etdirəcək.

 

O, “San-Paulo” ilə müqavilə imzalayıb. Breno yeni komandasında 33 nömrəli forma geyinəcək

 

Qeyd edək ki, Breno 2012-ci ildə sığortadan pul almaq üçün şəxsi evini yandırdığına görə, həbsxanaya salınmışdı. O, ötən ilin dekabrında yaxşı davranışı üçün vaxtından əvvəl azadlığa buraxılıb. Lakin Almaniya məhkəməsi onu dekabrın 20-sinə qədər ölkəni tərk etməsinə məcbur edib. Breno indi ən azı üç il ərzində sözügedən ölkəyə qayıda bilməyəcək.