“Bavariya”nın hücumçusu “Beşiktaş” yolunda
12.02.2014 - 06:54
“Bavariya”nın hücumçusu “Beşiktaş” yolunda

Münhen “Bavariya”sının təcrübəli hücumçusu Klaudio Pizarro karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, “Beşiktaş” 35 perulu futbolçuya elçi düşüb.

 

Belə ki, Almaniya təmsilçisində kifayət qədər forma şansı əldə edə bilməyən Pizarro da daimi çıxış edə biləcəyi bir komandaya keçmək istəyir. Onun müqaviləsinin mövsüm sonu başa çatması isə, “Beşiktaş”ı daha çox cəlb edir. Yaxın günlərdə ölkəsinin mətbuatına danışan Pizarro da İstanbul klubundan təklif aldığını təsdiqləmişdi. Məlumatlara görə, hazırda hər iki tərəfin menecerləri arasında danışıqlar gedir.

 

Qeyd edək ki, perulu 2012-ci ildə digər Almaniya Bundesliqası təmsilçisi “Verder”dən Münhen klubuna keçib.