Münhen “Bavariya”sının təcrübəli hücumçusu Klaudio Pizzaro karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, ölkəsinin mətbuatına danışan perulu futbolçu “Beşiktaş”dan transfer təklifi aldığını deyib:
“Hazırda “Bavariya”da xoşbəxtəm. Gələn mövsüm harada çıxış edəcəyimi isə hələ bilmirəm. Əgər “Bavariya” ilə müqaviləni yeniləməsəm, xarici ölkəyə getməyi planlaşdırıram. “Beşiktaş”la əlaqəm olduğu doğrudur. Bu barədə başqa məlumat vermərəm”.
Qeyd edək ki, 35 yaşlı forvard 2012-ci ildə digər Almaniya Bundesliqası təmsilçisi “Verder”dən Münhen klubuna keçib.