“Bavariya”nın qapıçısı ölkəsinə qayıdır
10.02.2015 - 23:02
“Bavariya”nın qapıçısı ölkəsinə qayıdır

“Bavariya”nın qapıçısı Pepe Reyna yayda klubunu tərk edə bilər. Apasport.az saytının məlumatına görə, 32 yaşlı qolkiper yenidən vətəni İspaniyaya qayıtmağa çox yaxındı.

 

Belə ki, peşəkar karyerasına “Barselona”da (1999-2002) başlayan Reyna ilə “Kordoba” yaxından maraqlanır. Lakin onun keçidi baş tutmaya da bilər. Əgər ispan klubu mövsümün sonunda La Liqanı tərk etməsə, 8 il “Liverpul”da çıxış edən Pepe Kordoba təmsilçisinin şərəfini qoruyacaq.

 

Qeyd edək ki, “Kordoba” hazırda İspaniya çempionatında 22 oyundan sonra 18 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşır. Onlar yalnız vurulan və buraxılan toplara görə “Qranada”nı qabaqlayır.