“Bavariya”nın yeni baş məşqçisi bəlli oldu
20.12.2015 - 21:31
“Bavariya”nın yeni baş məşqçisi bəlli oldu

Almaniyanın “Bavariya” klubunda baş məşqçi dəyişikliyi reallaşacaq. Apasport.az saytının məlumatına görə, hazırkı çalışdırcı Xosep Qvardiola Münhen təmsilçisi ilə mövsüm sonunda başa çatacaq müqaviləni uzatmaqdan imtina edib. 


Artıq onu bu postda əvəzləyəcək mütəxəssisin də kimliynə aydınlıq gəlib. Klubun rəsmi saytından verilən məlumata görə, rəhbərlik Karlo Ançelotti ilə 3 illik (2019-cu ilin iyununa qədər) anlaşıb.

 

56 yaşlı italyan çalışdırıcı keçidlə bağlı bunları deyib: “Yeni mövsümdən “Bavariya”nı çalışdırmaq mənim üçün şərəfdi. Bu komandanın mənimlə maraqlandığını öyrənəndə digər təklifləri dəyərləndirmək istəmədim. Dostum Qvardiolaya və “Bavariya”ya bu mövsüm uğurlar arzu edirəm. Bütün azarkeşlərin yeni ilini təbrik edirəm".


Qeyd edək ki, Ançelottinin son iş yeri Madrid “Real”ı olub.