“Bayer” və “Borussiya”nın futbolçuları yığmamıza qarşı
12.02.2014 - 18:48
“Bayer” və “Borussiya”nın futbolçuları yığmamıza qarşı

Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək 19 yaşadək qızlardan ibarət Türkiyə yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Talat Tuncel fevralın 22-si və 24-də Antalyada keçiriləcək oyunlara dəvət etdiyi futbolçuları müəyyənləşdirib.

Çalışdırıcı heyətə Almaniya klublarında çıxış edən legionerləri də çağırıb. Belə ki. yığmamıza qarşı “Bayer” və “”Borussiya”nın futbolçuları da oynayacaq: Zeynəp Ərdoğan, Səma Polat, Şəvval Alpavut, Rəmziyə Bakır (hamısı “Fomget”), Ülkay Kollu (Borussiya, Fredenştal, Almaniya), Məryəm Koç (Adana İdmanyurdu), Berna Yeniçəri, Ece Türkoğlu, Ebru Topçu (hamısı “Karadəniz Eregli”), Selin Dişli (Bayer, Leverkuzen, Almaniya), Bahar Güvənç, Büşra Dəmirörs (hər ikisi “Antalyaspor”), Nurdan Yurdakul (Ovacık), Asya Sarı (Zalsburq, Avstriya), Ayşə Önal (BTİM), Güzidə Alçu, Zəlal Baturay (Diyarbəkir BB), Hamdiyə Dağ (Gülizar Hasan Yılmaz GS İdman Litseyi), Demet Kılınç (Gazikent), Damla Çoban (Əskişəhərspor).

Qeyd edək ki, qarşılaşmalar Antalyada keçiriləcək.