“Belə böyük hesabla uduzmalı deyildik”
02.02.2014 - 23:33
“Belə böyük hesabla uduzmalı deyildik”

 

Futzal üzrə milli komandamızın kapitanı Vitali Borisov Avropa çempionatının final mərhələsində İtaliyaya 0:7 hesablı məğlubiyyətdən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının Belçikaya ezam olunan əməkdaşı ilə söhbətində Borisov belə nəticəni gözləmədiyini bildirib: “Bu məğlubiyyət heç yerinə düşmədi. Növbəti mərhələ haqda düşünürdük. Belə böyük hesabla uduzmalı deyildik. Səhvləri özümüzdə axtarmalıyıq”.