“Berti Foqtsun Azərbaycan yığmasında olması faktı...”
23.02.2014 - 18:21
“Berti Foqtsun Azərbaycan yığmasında olması faktı...”

 

“Komandanın qarşısına qoyulan vəzifə aydındır. Məqsədimiz Fransada keçiriləcək final mərhələsinə vəsiqə qazanmaqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylov deyib.

 

AVRO-2016-nın seçmə mərhələsinin bu gün keçirilən püşkatmasına münasibət bildirən Mixaylov İtaliya, Xorvatiya, Norveç, Azərbaycan və Malta ilə birlikdə yer aldıqları H qrupunu dəyərləndirib: “Qrupda bərabər səviyyəli komandalar da var, köhnə tanışlarımız da, sürpriz edə biləcək rəqiblər də. Berti Foqtsun Azərbaycan yığmasında olması faktı bu ölkədə futbolu inkişaf etdirmək iddialarının böyüklüyündən xəbər verir. Norveç isə ənənəvi Skandinaviya futbolu nümayiş etdirir və çətin rəqib sayılır”.