“Beşiktaş” “Çelsi”nin hücumçusu ilə danışıqlar aparır
29.05.2014 - 05:26
“Beşiktaş” “Çelsi”nin hücumçusu ilə danışıqlar aparır

 

“Beşiktaş” klubu “Çelsi”nin hücumçusu Demba Banın alınması ilə bağlı danışıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, artıq klubun prezidenti Fikrət Orman London klubunun icraçı direktoru Roon Qurlemlə görüşüb.

 

Amma hələlik danışıqlarda hansısa irəliləyiş yoxdur. Çünki “Çelsi” 29 yaşlı seneqallı futbolçunu satmaqla bağlı qəti qərara gələ bilməyib. Hər şey londonluların “Atletiko Madrid”in hücumçusu Dieqo Kostanı ala biləcəyi və ya bilməyəcəyi ilə bağlıdır. “Beşiktaş”ın isə həm seneqallı futbolçunun transferinə, həm də onun icarəyə götürülməsinə razı olduğu vurğulanır.

 

Demba Ba bü mövsüm İngiltərə çempionatında 19 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.