“Beşiktaş” “Dnepr”in futbolçusunu transfer etdi
13.07.2015 - 00:32
“Beşiktaş” “Dnepr”in futbolçusunu transfer etdi

Yeni mövsüm hazırlıqlarını davam etdirən İstanbulun “Beşiktaş” klubu heyətini gücləndirib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “qara qartallar” “Dnepr”in müdafiəçisi Duqlas Kosta ilə anlaşıb.

 

Bildirilir ki, iki klub arasında razılaşma artıq əldə olunub və futbolçu icarə əsasında Türkiyədə çıxış edəcək.

 

Müqavilənin müddəti 1 illik nəzərdə tutulsa da, istanbullular ilin sonunda istəsələr 5.5 milyon avro ödəyərək müdafiəçinin transfer hüququna sahib ola bilərlər.

 

25 yaşlı futbolçunun sabah İstanbula gələcəyi gözlənilir.