“Beşiktaş” Fernandesin əvəzləyicisini Almaniyada tapdı
15.02.2014 - 07:55
“Beşiktaş” Fernandesin əvəzləyicisini Almaniyada tapdı

“Verder”in (Bremen) yarımmüdafiəçisi Aaron Hant karyerasını Türkiyə Siperliqasında davam etdirə bilər. Apasport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, “Beşiktaş” 27 yaşlı futbolçuya elçi düşüb.

 

Belə ki, Hant mövsüm sonu müqaviləsi başa çatacaq Manuel Fernandesin yerini doldurmaq üçün alır. Çünki portuqaliyalı yeni sözləşmə imzalamaq istəmir. Nu səbəbdən də İstanbul klubu almaniyalı futbolçu ilə yarımmüdafiə xəttini gücləndirmək və yaranacaq oyunqurucu problemini həll etmək fikrindədir.

 

Qeyd edək ki, Bundesliqa təmsilçisinin 2-ci komandasında çıxış edən Humt bu ildən əsas heyətə daxil edilib.