“Beşiktaş” Fransadan hücumçu alır
14.02.2014 - 00:44
“Beşiktaş” Fransadan hücumçu alır

“Lion”un təcrübəli hücumçusu Bafetimbi Qomis karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Apaspot.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, “Beşiktaş” 28 yaşlı futbolçuya elçi düşüb.

 

Belə ki, mövsüm sonu müqaviləsi başa çatacaq portuqaliyalı forvardı Huqo Almeyda ilə hələ də yeni sözləşmə imzalaya bilməyən İstanbul təmsilçisi Qomislə komandanı gücləndirmək fikrindədir. Məlumatlara görə, “ağ-qaralar” yaxın günlərdə fransalı futbolçunun meneceri ilə danışıqlara başlayacaq. Rəhbərlik mövsüm sonu müqaviləsi başa çatacaq forvardı heç bir məbləğ ödəmədən heyətinə qatmaq istəyir.

 

Qeyd edək ki, Qomis 2009-cu ildə digər Fransa klubu “Sent-Etyen”dən “Lion”a keçib.