“Beşiktaş” Mario Qomes arzusunda
01.04.2014 - 03:28
“Beşiktaş” Mario Qomes arzusunda

“Fiorentina”nın hücumçusu Mario Qomes Türkiyənin “Beşiktaş” klubunun maraq dairəsinə daxil olub. Apasport.az saytının məlumatına görə, İstanbul klubu mövsümün sonunda komandanı tərk edəcək portuqaliyalı ulduz Uqu Almeydaya əvəz axtarır.

 

28 yaşlı alman hücumçu “qartalların” məşqçi heyətinin tələblərinə cavab verir. Amma “Fiorentina”nın Qomesi buraxacağı şübhə altındadır. Çünki italiyalılar da növbəti mövsümdə Qomesdən maksimum istifadə etmək niyyətindədirlər.

 

Qomes “Fiorentina”ya ötən yay “Bavariya”dan keçib. Amma hücumçunun zədəsi ona özünü göstərməyə imkan verməyib. İtaliya çempionatında və Avropa Liqasında cəmi 15 oyun keçirən alman hücumçu 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.