İngiltərə Premyer Liqasının XXV turu çərçivəsində “Tottenhem”i (3:2) məğlub edən “Liverpul” buna doyunca sevinə bilməyib. Apasport.az saytının məlumatına görə, “qırmızılar” kapitan Stiven Cerrardı itiriblər.
Matçın ikinci hissəsində ayağından zərbə alan yarımmüdafiəçi dərhal əvəzlənmişdi. Klubun həkimi 34 yaşlı oyunçunun 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. Bu isə o deməkdi ki, ulduz futbolçu İngiltərə Kubokunda “Kristal Pelas”, Avropa Liqasında “Beşiktaş” və Premyer Liqada “Sauthempton”la görüşləri buraxacaq. Onun “Beşiktaş”la cavab qarşılaşmasında, eləcə də martın 1-də “Mançester Siti” ilə keçiriləcək çempionat oyununda iştirakı sual altındadı.
Qeyd edək ki, Stiven Cerrard “Tottenhem”lə matçın 68-ci dəqiqəsində əvəzlənmişdi.