“Beşiktaş”da yeni transfer şoku
06.02.2014 - 01:57
“Beşiktaş”ın yeni transferi Cermeyn Cons sıradan çıxıb. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.
Belə ki, 32 yaşlı futbolçu ötən gün keçirilən məşqdə zədələnib. Məşq zamanı qasığında ağrılar əmələ gələn Cons meydançanı tərk edib. Tibbi müayinədən keçən ABŞ-lı yarımmüdafiəçinin sol qasığında yırtıq şkarlanıb. Onun Türkiyə Superliqası çərçivəsində keçiriləcək “Qaziantepspor” matçında oynaya bilməyəcəyi deyilir.
Qeyd edək ki, ABŞ millisinin də üzvü olan Cons yaxın günlərdə Almaniya “Şalke”sindən İstanbul klubuna keçib.
0
0