“Beşiktaş”dan məşhur futbolçuya 3 illik müqavilə təklifi
23.05.2014 - 01:26
“Beşiktaş”dan məşhur futbolçuya 3 illik müqavilə təklifi

“Beşiktaş” futbol klubu transfer fəaliyyətini davam etdirir. Apasport.az saytının məlumatına görə, İstanbul klubu qanalı ulduz futbolçu Maykl Essyenə 3 illik müqavilə təklif edib.

 

Müqavilənin şərtinə görə, Essyenə hər il üçün 4 milyon avro təklif olunub. “Beşiktaş”ın Essyenin keçidi üçün əlavə pul verməyə hazırlaşmadığı, bunun üçün də futbolçunun hazırkı komandası “Milan”la görüşərək problemi həll etmək istədiyi bildirilir.

 

Qeyd edək ki, Maykl Essyen qış transfer dönəmində 4,5 milyon avro qarşılığında “Çelsi”dən “Milan”a keçib. Onun İtaliya klubu ilə 2015-ci ilin iyununa kimi müqaviləsi var.