16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Martın 25-dən 29-dək Portuqaliyanın Porto şəhərində təşkil ediləcək beynəlxalq turnir üçün millimizə 20 futbolçu çağırılıb.
Yığmaya ən çox oyunçu verən klub “Neftçi”di. Paytaxt klubunun 5 üzvü U-16-ya dəvət alıb. Türkiyənin “Beşiktaş” klubunun iki oyunçusu da komandamıza çağırılıb.
U-16-nın heyəti belədi:
Kamran İbrahimov, Elçin Əsədov, Pilağa Mehdiyev, Aslan Bədəlzadə, Bahadur Həziyev (hamısı “Neftçi”), Fərid Nəbiyev, Aqşin Hüseynov, Elvin İmanlı, Cavidan Qasımlı (hamısı “Qəbələ”), İbrahim Qədirzadə, Yusif Həsənov (hər ikisi “Xəzər Lənkəran”), Ərziman Rizvanov, Emin Səfixanov (hər ikisi “Sumqayıt”), Ceyhun Muxtarli, Nadir Qasımov (hər ikisi “İnter”), Məmməd Hüseynov (“Qarabağ”), Samir Əliyev (“Bakı”), Əsgər Hüseynov (AZAL), Mətin Gülər, Hüseyin Seyligli (hər ikisi “Beşiktaş”, Türkiyə)
Qeyd edək ki, yığmamız sabah Portuqaliya, martın 27-də Rusiya millisi, ayın 29-da isə Porto region yığması ilə qarşılaşacaq.