“Beşiktaş”ın qapıçısı üçün mövsüm başa çatdı
23.03.2015 - 21:24
“Beşiktaş”ın qapıçısı üçün mövsüm başa çatdı

“Beşiktaş”ın heyətində ciddi itki baş verib. Apasport.az saytının məlumatına görə, ötən gün Türkiyə Superliqasının XXV turu çərçivəsində səfərdə “Fənərbaxça”ya uduzan (1:0) “qara qartallar” daha bir şok yaşayıb.

 

Belə ki, derbidə zədələnən İstanbul klubunun qapıçısı Tolqa Zəngin bu gün tibbi müayinədən keçib. Zədəsinin ciddi olduğu müəyyənləşən 31 yaşlı əlcək sahibinin bu mövsümü başa vurduğu bildirilib.