“Bilirdik ki, “İnter” qapalı oyun sərgiləyəcək”
26.10.2014 - 18:36
“Bilirdik ki, “İnter” qapalı oyun sərgiləyəcək”

“Meydançaya qələbə arzusu ilə çıxmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Neftçi”nin baş məşqçisi Arif Əsədovə məxsusdur.

 

O, bu gün Topaz Premyer Liqasının IX turunda evdə “İnter”lə 0:0 hesablı heç-heçə qalmalarından danışıb: “Bilirdik ki, “İnter” qapalı oyun sərgiləyəcək. Ona görə də üç hücumçu ilə mübarizə apardıq. İlk hissədə bərabər oyun olsa da, ikinci hissədə biz daha üstün idik. Qol epizodları var idi. Lakin bundan istifadə edə bilmədik. Bu oyunda Emin Balayevə şans verdik. Zaman keçdikcə ona daha çox güvənəcəyik”.(pfl)

0