Mayın 27-də Azərbaycanla yoldaşlıq oyunu keçirəcək ABŞ yığması ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Bolton” klubunun futbolçusu Stüart Holden millimizlə qarşılaşmada forma geyinə bilməyəcək.
Buna 29 yaşlı yarımmüdafiəçinin zədəsi səbəb olub. Belə ki, ötən həftə sağ dizindən xəsarət alan Holdenin durumunun ürəkaçan olmadığı üzə çıxıb.
Əməliyyata məruz qalan orta sahə oyunçusunun 6-9 ay yaşıl meydanlardan kənar qalacağı müəyyənləşib. Bu isə Srütartın DÇ-2014-ün final mərhələsində oynamaq arzusunun da üstündən xətt çəkib.
Qeyd edək ki, millidə 25 oyuna 3 qol vuran Holden 2010-cu ildən “Bolton”un şərəfini qoruyur.
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi